Prezidentlərin görüş vaxtı açıqlandı


19:09     12 May 2016 fft107_mf6809256.Jpeg

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan mayın 16-ı Avstriyanın paytaxtı Vyanada görüşə bilər.


Femida.az-ın məlumatına görə, bunu “İnterfax” agentliyinə İrəvanda olan diplomatik mənbə bildirib.

“Prezidentlərin görüşünün mayın 16-ı Vyanada keçirilə bilər”, - deyə agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, `TASS` agentliyinin yaydığı məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Avstriyanın paytaxtı Vyanada görüşəcək. “Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək”, - deyə mənbə vurğulayıb.

Görüşün əsas müzakirə mövsuzu Qarabağ münaişəsinin həlli olacaq.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri amerikalı Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı Pyer Andryu bu gün yaydıqları birgə bəyanatda prezidentlərin görüşməsinin vaxtının çatdığını bildiriblər.

“Təmas xəttində bir müddət əvvəl müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb.Cəbhə xəttində zorakılığın davam etdiyi bir vaxtda danışıqlar prosesində heç bir uğur əldə oluna bilməz və danışıqlar olmadan sülhə nail olmaq bilməz. Biz bir daha bildiririk ki, münaqişənin hərbi yolla həlli yoxdur”, - deyə bəyanatda qeyd
edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1547