ABŞ indi də Şərqdə təlimlərə başlayır


23:16     16 May 2016 1463406207.jpg

ABŞ, Cənubi Koreya və Yaponiya birgə hərbi təlim keçirəcək.



Femida.azxəbər verir ki, bu barədə informasiyanı Cənubi Koreya Xarici İşlər Nazirliyi yayıb. Təlim iyunun 28-də baş tutacaq. Rəsmi Seul təlimin Şimali Koreya təhdidi ilə əlaqədar keçirildiyini bildirib.

Qeyd edək ki, Şimali Koreya son günlər ballistik raket sınaqlarını artırıb. BMT rəsmi Pxenyanın rəsmən bunu dayandırmasını tələb etsə də, Şimali Koreya rədd cavabı verib.

ABŞ bundan öncə Moldova, Gürcüstan və Baltikyanı ölkələrdə hərbi təlimə başlayıb.

Açar sözlər:

Oxunub: 1607