Lavrov Qarabağ danışıqları üçün Vyanada


00:41     17 May 2016 600@0%20(44).jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrdə iştirak etmək üçün Vyanadadır.


Femida.az -ın məlumatına görə, rusiyalı nazir ABŞ dövlət katibi, Fransa xarici işlər naziri, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələrə qatılacaq. Nazir eləcə də Suriyaya beynəlxalq dəstək qrpunun iclasına da qatılacaq.
Bu gün həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşünün keçiriləcəyi bildirilir.

Görüş barədə ilk məlumat mayın 12-də yayılmışdı. Prezidentlərin görüşü ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə təşkil edilir. Minsk qrupu görüş barədə bəyanat yayıb.

"Cəbhə xəttində bu yaxınlarda baş verən zorakılığı və münaqişə bölgəsində gərginliyin təcili azalmasına ehtiyacı nəzərə alaraq biz hesab edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı çatıb. Bizim xarici işlər nazirlərimiz Vyanada bu görüşü təşkil etməyə hazırdır".

Görüşdə prezidentlərdən başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri də olacaq.

Açar sözlər:

Oxunub: 1406