Ordumuz 2000 hektar ərazini işğaldan azad edib


17:04     18 May 2016 leletepee.jpg

Aprel hadisələri zamanı Azərbaycan 2000 hektar ərazisini işğaldan azad edib.


Femida.az xəbər verir ki, APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti bərpa etdiyi ərazilərdə bir neçə strateji yüksəklik də var.

"Həmin yüksəkliklərdən Dağlıq Qarabağ ərazisinin xeyli hissəsinə nəzarət etmək mümkündür", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Vyana danışıqlarından dönərkən erməni jurnalistlərə müsahibəsində "aprel hadisələri zamanı 800 hektar ərazi itirdiklərini" deyib.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələri təhlükəsizlik məqsədi ilə istifadə etdiyi 800 min hektar ərazinin 800 hektarını itirib: "İtirilən torpaqlar heç bir strateji və taktiki əhəmiyyətə malik deyil".

Femida.az

Açar sözlər:

Oxunub: 2566