Putin və Sarkisyan görüşə bilər


15:39     20 May 2016 sarkisyan84.jpg

Avrasiya İqtisadi Birliyinin ölkə başçılarının iclası zamanı Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyan və Vladimir Putinin görüşəcəyi istisna edilmir.


Femida.az xəbər verir ki, bunu erməni jurnalistlərə Moskvada verdiyi açıqlamasında Rusiya XİN-in MDB ölkələri dördüncü departamentinin direktoru Aleksey Pavlovski bildirib.

Onun sözlərinə görə, görüş mayın 31-də baş tuta bilər: “Bizim ölkələrin rəhbərləri ehtiyac olduğu vaxt görüş, əlaqə yaradırlar və bunun üçün heç bir təşkilatı əngəllər yoxdur”.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinin ölkə başçılarının iclasının növbəti görüşü mayın 31-i Qazaxıstan paytaxtı Astana keçiriləcək.

Açar sözlər:

Oxunub: 872