Ərdoğan Azərbaycanla əməkdaşlıqdan danışdı


16:06     20 May 2016 erdogan%20basssagliqi.PNG

“TANAP-la nəql olunacaq qaz Türkiyənin tələbatının böyük hissəsinin ödənilməsinə xidmət edəcək. Hazırda biz 6-7 milyard kubmetr qaz alırıq. Təbii ki, bu, bizim üçün yetərli deyil. Biz bu həcmi 20-30 milyard kubmetrə çatdırmalıyıq”.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ötən gün gənclərlə görüşü zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, TANAP layihəsi üzrə işlər sürətləndirilib:

“İnşaat işləri də sürətlə aparılır. Layihənin reallaşması ilə biz qaza olan ehtiyacımızı tam ödəyəcəyik. Bununla yanaşı, Avropaya da qaz nəql olunacaq. Azərbaycan ilə enerji sahəsində layihələri, əməkdaşlığı davam etdirəcəyik”.

Bakı-Tbilisi-Qars layihəsindən də danışan Ərdoğan deyib ki, bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə arasında çox önəmli bir layihədir:

“Bu ilin sonunda açılışı olacaq dəmiryolu bizim əməkdaşalığımızı daha da möhkəmləndirəcək. Bundan sonra da İpək Yolu layihəsi həyata keçiriləcək. Bu boru xətti Azərbaycan-Gürcüstan-Türkiyə ərazisindən keçməklə tikintisi davam etdirilən TAP qaz boru xəttinə qoşulacaq.

2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd, 2023-cü ildə 23 mlrd, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 2280