47 yaşlı qadın quduz çıxdı - Zaqatalada dəhşət


13:16     23 May 2016 it%20disleedi.jpg

Zaqatalada 47 yaşlı qadında quduzluq xəstəliyi aşkarlanıb.


Femida.az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, mayın 22-d rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü, Pəri Qasım qızı Turacova quduzluq əlamətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, onu 1.5 ay əvvəl yaşadığı kənddə küçə iti dişləyib. Pəri Turacova xəstəxanaya müraciət etməyib.

Mingəçevirdən dəvət olunmuş ixtisaslaşmış həkim müayinəsi zamanı Pəri Turacovanın quduzluq xəstəliyinə tutulması təsdiqlənib. Hazırda Pəri Turacovanın müalicəsi Zaqatala RMX-nın yoluxucu xəstəliklər şöbəsində aparılır.

Açar sözlər:

Oxunub: 1975