47 nəfəri gün vurub - Azərbaycanda


14:54     08 Avqust 2016 3523.jpg

Yay mövsümü başlayandan Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Xidmətlərinə günvurma halı ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.


Bakı şəhər Təcili və Tibbi Yardım Stansiyasından (BTTYS) verilən məlumata görə, isti havalar başlayandan bu günə kimi ümumilikdə 47 nəfər günvurma halları ilə bağlı müraciət edib.

Onlardan 16 nəfər hospitalizasiya edilib. Günvurma ilə bağlı müraciət edənlərin sırasında 7 nəfər isə uşaq olub. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib.

İ.Əliyeva əlavə edib ki, bu yay ərzində 27 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib. Onlardan 3 nəfəri isə uşaq olub.

Femida.az

Açar sözlər:

Oxunub: 916