47 ədəd brilyantı mənimsədi - Şikayət


19:38     15 Oktyabr 2016 qizil5.jpg

Nizami rayonunda yerləşən "Lotos" Ticarət Mərkəzinin mağazalarının birində dələduzluq qeydə alınıb.


Femida.az -ın xəbərinə görə, orada işləyən Eldar Məmmədov bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
İ.Məmmədov ərizəsində bildirib ki, Qara Qarayev prospekti 86-da yerləşən "Lotos" Ticarət Mərkəzində şərikli qızıl alveri ilə məşğul olub.
O qeyd edib ki, bu ilin avqustun 13-də şəriki 1975-ci il təvəllüdlü Aygün Aslanova mağazadakı seyfdən 39 min manat dəyərində 47 ədəd brilyant və 11 min manat dəyərində qızıl-zinət əşyaları götürüb və mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1235