Araz Əzimov İsrail və Fələstinə səfər edib


18:23     23 May 2016 XİN-Araz%20Əzimov.jpg

Xarici işlər nazirinin müavini Araz Əzimov mayın 18-də İsrailə səfər edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, səfər zamanı o, İsrailin Xarici İşlər Nazirliyi, parlamenti və digər dövlət orqanlarının rəsmiləri ilə görüşlər keçirib.

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər, o cümlədən, nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bütün dövlətlərin, o cümlədən, İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə hüququnun olduğu bir daha təsdiq edilib.

Həmçinin, Ermənistanın Azərbaycana və bölgəyə qarşı törətdiyi təhlükələr haqqında qarşı tərəfə dolğun məlumat verilib.

A. Əzimov mayın 19-da Fələstin Dövlətinə səfər edib. Səfər zamanı o, Fələstinin baş naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirib. Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı “Azərbaycan Respublikası hökuməti ilə Fələstin Dövləti hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1192