Araz çayından meyit tapılıb


14:05     05 Avqust 2016 meyit%20suda.jpg

İmişlidə Araz çayında batan 38 yaşlı kişinin meyiti sudan çıxarılıb.



APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avqustun 3-də günorta saatlarında İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, Rauf Əlihüseyn oğlu Abdullayev Araz çayında boğulub. Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu həmin şəxsin cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.

Açar sözlər:

Oxunub: 2140