Banklar kiberhücumlardan necə qorunur?


20:54     23 May 2016 big_1421660836_kiber.jpg


Dünyada fəaliyyət göstərən bir sıra iri bankların mərkəzləşdirilmiş haker hücumuna məruz qalmasını və xeyli itkilərlə üzləşməsi hallarına kifayət qədər rast gəlinir. Hətta bəzi hesabatlarda kiberhücumlar nəticəsində qlobal illik zərərin həcmi 1 trilyon dollar təşkil etdiyi də açıqlanır. Bir müddət bundan öncə isə bu cür problemin Qardaş ölkə Türkiyədə yaşandığı açıqlanmışdı. Hətta Türkiyədə banklarla yanaşı bir neçə dövlət qurumu nəhəng kiberhücumla üzləşmişdi. Kiberhücumlardan qorunmaq mükündürmü və Azərbaycan bankarı bu cür hallardan necə qorunur?

Femida.az xəbər verir ki, bununla bağlı sia-ya açıqlama verən iqtisadçı-ekspert Ceyhun Xəlilzadə söyləyib ki, hər bir bankda təhlükəsizliklə bağlıxidmət fəaliyyət göstərir: “Həmin şöbə verilən kreditlərin təhlükəsizliyi ilə yanaşı əldə olunan gəlirlərin təyinatı ilə bağlı məsələləri nəzarət edir. Bundan başqa banklarda İT departamenti var ki, həmin şöbə bank informasiya sistemlərinin təhlükəsizliyinə xidmət edir”.

C. Xəlilzadə söyləyib ki, kiberhücumlarla məşğul olan xakerlər adi oğrulardan fərqlənir: “Çünki, onların bu hərəkəti ehtiyac üçün deyil, kompüter sistemlərini dağıtmaq, dövlət qurumlarının internetə daxil olmasına mane olmaq, maliyyə qurumlarının və işgüzar dairələrin işini iflic etmək məqsədi güdür. Həmin şəxslər xakerlik edərək hesabdan-hesaba pul çəkir, daha sonra isə əldə olunan maliyyənin hansı mənzilə yetişəcəyini itirmək üçün hörümçək sistemi qururlur. Banklardan əldə edilən pul istənilən sayda hesablara oturduqdan sonra əsas mənbəyə ötürülür. Əgər bir şəxsin beyni bunları etmək gücünə malikdirsə, demək ki, onun etdiyi bu addım əlbəttə ki, ailəsini dolandırmaq məqsədi daşımır.Həmin şəxslər gündəlik həyatında interneti geniş tətbiq edən dövlət qurumlarını iflic etmək, əhalini xaosa yuvarlamaq gücünə qadirdir. Təsadüfi deyil ki, artıq dövlətlərarası münasibətlərin, qarşıdurmaların gərginləşməsi daha tez-tez internet məkanında baş verir. Kibermüharibələrdə kimin dost, kimin düşmən olduğunu təyin etmək heç də həmişə mümkün deyil. Yəni, bəzən ən yaxın müttəfiqlər də bir-birinə qarşı çıxırlar. Bu cür insanların 90 faizi müəyyən dövlətlərin əli ilə istifadə olunur. Məhz bunun nəticəsidir ki, artıq bir sıra ölkələr bu məqsədlər üçün böyük vəsaitlər ayırır, getdikcə mükəmməlləşən və dövləti kiberhücumlardan qorumaq gücünə qadir olan və əks-hücumlara keçə bilən kiberqoşunlar yaradırlar”.

Femida.az

Açar sözlər:

Oxunub: 728