Xədicə İsmayılın azadlığa buraxılmasına YAP-dan reaksiya


20:31     25 May 2016 publika.az1454223140siyavush.jpg

“İndiyə kimi heç kəsin diqtəsi ilə oturub durmamışıq”.


Bu sözləri Femida.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının İcraçı katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

YAP rəsmisi bildirdi ki, Azərbaycan hüquq-mühafizə orqanları nəyi məqbul hesab edirsə, mütləq icra olunmalıdır:

“Azərbaycan hökuməti həmişə hümanizmə xidmət edib. Təsadüfi deyil ki, bu yaxınlarda Milli Məclisdə Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı qəbul olunub. Bu akt 10 min insana şamil olunacaq. Azərbaycanda hamı qanun qarşısında bərabərdir. Kim cinayət törədibsə, cəzasını çəkməlidir. Törətdiyi cinayətə görə peşmançılıq hissi keçirənlər isə əfv olunur. Əgər cinayət ehtiyatsızlıqdan törədilibsə, cinayəti törədən şəxs amnistiya aktı ilə azadlığa çıxa bilər. Xədicə İsmayıl isə məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb. Azərbaycan heç kəsin diqtəsi ilə oturub durmur. Azərbaycan hüquq-mühafizə orqanları nəyi məqbul hesab edirsə, mütləq icra olunmalıdır”.

Qeyd edək ki, Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələr üzrə bəraət verilib.

Bundan sonra Xədicə İsmayılovanın cəzası şərti hesab olunub.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5116