Xədicə İsmayılın məhkəməsinin vaxtı bilindi
14:46 30 İyul 2016
Jurnalist Xədicə İsmayılın Azərbaycandan çıxmasına qadağa qoyan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Femida.az Reporta istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 1-nə təyin edilib.
İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, X.İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Mayın 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.
Oxunub: 1458
Oxşar xəbərlər
- Xədicə İsmayılovanın şikayəti təmin edilmədi
- Xədicə İsmayılova məhkəməyə müraciət edib
- Xədicə İsmayıl icazə istəyir - Xaricə getməyə
- Xədicə İsmayılovanın cəza müddəti azaldıldı
- Xədicə İsmayılın azadlığa buraxılmasına beynəlxalq reaksiya
- Xədicə İsmayılın azadlığa buraxılmasına YAP-dan reaksiya
- Xədicə İsmayılova azadlıqda
- Xədicə İsmayılova ilə bağlı bəyanata səfirlikdən etiraz
- Xədicə İsmayıl barəsində hökmdən apellyasiya şikayəti verilib
- Xədicə İsmayıl barəsindəki məhkəmə qərarına - RƏSMİ AÇIQLAMA