Xədicə İsmayıl icazə istəyir - Xaricə getməyə
15:47 06 Oktyabr 2016
Jurnalist Xədicə İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə müraciət edib.
Bu barədə vəkil Yalçın İmanov məlumat verib.
Vəkil bildirib ki, X.İsmayıl beynəlxalq konfransada iştirak etmək üçün ölkədən çıxmaq istəyir. Bunun üçün o, Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Mayın 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb. Xatırladaq ki, daha əvvəl də X.İsmayıl sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib.
Oxunub: 1379
Oxşar xəbərlər
- Xədicə İsmayılovanın şikayəti təmin edilmədi
- Xədicə İsmayılova məhkəməyə müraciət edib
- Xədicə İsmayılovanın cəza müddəti azaldıldı
- Xədicə İsmayılın məhkəməsinin vaxtı bilindi
- Xədicə İsmayılın azadlığa buraxılmasına beynəlxalq reaksiya
- Xədicə İsmayılın azadlığa buraxılmasına YAP-dan reaksiya
- Xədicə İsmayılova azadlıqda
- Xədicə İsmayılova ilə bağlı bəyanata səfirlikdən etiraz
- Xədicə İsmayıl barəsində hökmdən apellyasiya şikayəti verilib
- Xədicə İsmayıl barəsindəki məhkəmə qərarına - RƏSMİ AÇIQLAMA