SOCAR neft ixracını iki dəfə azaltdı


04:33     02 İyun 2016 socar20.jpg

SOCAR bu ilin may ayında Novorossiysk limanından 79 963 ton xam neft ixrac edib.


Femida.az SOCAR-ın saytına istinadən xəbər verir ki, bu, ötən ilin may ayı ilə müqayisədə 2,12 dəfə azdır.

Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində Novorossiysk limanından 319 499 ton xam neft ixrac edilib ki, bu da 2015-ci ilin 5 ayı ilə müqayisədə 2,12 dəfə azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Açar sözlər:

Oxunub: 1083