Ac əhali prezident sarayına yürüş etdi


18:10     03 İyun 2016 1340d020ee10fe83aabc3c1e8e0ae994.jpg

Venesuelanın paytaxtı Karakasda yüzlərlə etirazçı “bizə yemək lazımdır” şüarları ilə prezident Nikolas Maduronun iqamətgahı olan Miraflores sarayına doğru yürüş ediblər.


Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, bir qrup şəxsin ərzaq malları ilə dolu olan yük maşınını oğurlamaq cəhdindən sonra ani etiraz dalğası baş qaldırıb.

Qeyd edək ki, Venesuelada ağır iqtisadi və siyasi böhran davam edir. Ölkənin valyuta daxilolmalarının əsas mənbəyi olan neft qiymətlərinin enməsi vəziyyəti kritik həddə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1139