Yenə miqrant faciəsi - 4 nəfər suda boğuldu


22:31     03 İyun 2016 1442775749_miqrantfaciesi.jpg

Krit adasının cənubunda qaçqınları daşıyan qayığın batması nəticəsində 4 nəfər həyatını itirib.


Femida.az-ın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bölgəyə gələn Yunanıstan Sahil təhlükəsizlik xidmətinin xilasetmə qrupları indiyədək 340 nəfəri xilas edib.

Afrika sahillərindən İtaliyaya doğru hərəkət edən və göyərtəsində təxminən 700 qaçqının olduğu bildirilən 25 metrlik gəmi Krit adasından 75 mil məsafədə batıb.

Xilasetmə əməliyyatında dörd gəmi iştirak edir.

Hadisə yerinə Sahil mühafizə xidmətinin gəmisi, xidmətin təyyarəsi və Yunanıstan Hərbi-Hava Qüvvələrinin “Super Puma” vertolyotu yollanıb.

Ehtimala əsasən, Şimali Afrikadan olan qaçqınlar İtaliyaya gedirmişlər, lakin onlar yolda istiqaməti dəyişməyi xahiş ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 943