Lavrov və Kerri Suriyanı müzakirə etdi


22:13     03 İyun 2016 lavrov%20kerri.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub.


Femida.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, həmsöhbətlər Suriyadakı vəziyyəti müzakirə ediblər.

“Xarici siyasət idarələrinin rəhbərləri İŞİD-lə mübarizə daxil olmaqla Suriyadakı münaqişənin aradan qaldırılması yollarının müzakirəsini davam etdiriblər.

Müzakirələrdə mülayim müxalifətin “Cəbhat ən-Nusra” terror qruplaşmasından təcili ayrılmasının zəruriliyi, o cümlədən terrorçulara ölkə xaricindən yenilərinin qoşulması və onların silahla təchiz edilməsinin qarşısının alınması məsələləri də yer alıb.”, - məlumatda deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 748