Azərbaycan 10 ədəd hərbi təyyarə alır - Ukraynadan
14:21 07 İyun 2016
Ukraynanın “Antonov” dövlət şirkəti ilə Azərbaycan arasında 10 ədəd An-178 təyyarələrinin satışına dair müqavilə imzalanıb.
APA-nın Ukraynanın “5 kanal”-a istinadən verdiyi məlumata görə, tərəflər təyyarələrin 2 il ərzində iki mərhələdə tədarük edilməsi barədə razılığa gəlib.
Əvvəlcə 2, daha sonra isə 8 təyyarənin Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müqavilənin məbləği açıqlanmır. Yalnız ilkin ödənişin edildiyi məlumdur.
Qeyd edək ki, An-178 hərbi nəqliyyat təyyarəsidir və ilk uçuşunu 2015-ci ildə həyata keçirib. Hava gəmisi 18 tona qədər yük daşımaq qabiliyyətinə malikdir.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko bir həftə əvvəl “Antonov” zavodunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevlə “Antonov” təyyarələrinin satışı barədə razılığa gəldiklərini açıqlayıb.
Femida.az
Oxunub: 4474
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycan dili dünyanın çətin dillərindən biri seçildi
- Azərbaycan domenində saytların sayı artıb
- Azərbaycana nə qədər turist gəlib? - SON STATİSTİKA
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycan əhalisinin əsas gəlir mənbəyi - Rəsmi Statistika