Banka borcu olan daha bir nəfər həbs edildi - Azərbaycanda
22:53 14 İyun 2016
Azərbaycanda banka kredit borcunu ödəyə bilməyən daha bir vətəndaş həbs olunub.
Femida.az AzNews.az istinadən xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov məlumat verib. O, Göyçay Rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin 3 iyun tarixli qərarını haqsız hesab edir: “4 uşaq atası, ağır xəstə, 33 yaşlı Vəliyev Sədrəddin Şahsuvar oğlu banka borcunu ödəmədiyinə görə 20 günlük həbs olunub. “Unibank”a 983,36 manat, “Bank of Baku”ya isə 4316 dollar məbləğində krediti ödəyə bilməyib. Onun himayəsində 4 azyaşlı uşağı və işsiz həyat yoldaşı var. Ailənin yeganə qazanc mənbəyi meyvə-tərəvəz təsərrüfatıdır. Bundan əlavə vətəndaş 12 ildir ki, ağır xəstədir (düz bağırsağın II dərəcəli residiv sallanması), 4 dəfə əməliyyat keçirib, daim həkim nəzarətindədir, fiziki işlə məşğul ola bilmir”.
Ə.Həsənov qeyd edib ki, hakim İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini rəhbər tutub: “Guya vətəndaş üzrsüz səbəbdən borcun ödənilməsi haqda məhkəmə qərarını icra etmir. Təbii, bu qanunsuzluqdur”.
Vəkil həbsdən apelyasiya şikayətinin verildiyini bildirib.
Oxunub: 1394
Oxşar xəbərlər
- Banka məxsus ev hərraca çıxarılıb - 2,4 mln. manata
- Banka borcu olan şəxs adını dəyişə bilərmi? – Hüquqi şərh
- Banka kələk gəlmək istəyən qadın tutuldu
- Banka müvəqqəti inzibatçı təyin olundu
- Banka borcu olanlara dəstək - Antikollektor yaradıldı
- Banka borcu olan şəxs özünü yandırdı
- Banka borcumuzu qaytarmaya bilərikmi? Hüquqşunas mövqeyi
- Banka borcu olanlar mütləq oxusun - Ekspert şərhi
- Banka borcu olan müəllim oğurluq etdi - VİDEO