Banka məxsus ev hərraca çıxarılıb - 2,4 mln. manata
01:38 12 İyul 2017
Ləğv prosesində olan “AtraBank” ASC-nin balansında olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən 48E nömrəli fərdi yaşayış evi ötən gün ilkin satış qiyməti 2 mln. 363,250 min manat olmaqla açıq hərraca çıxarılıb.
Əmanətlərinin Sığortalanması Fondundan Femida.az -a verilən məlumata görə, açıq hərraca çıxarılan əmlakın heç bir alıcısı olmadığı üçün hərrac baş tutmamış elan edilib.
Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları”na və digər normativ hüquqi aktlara uyğun olaraq hərracın davam etdirilməsinə qərar verilib.
Ləğv prosesində olan “Royal Bank” ASC-nin reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqları da hərraca çıxarılıb.
İlkin satış qiyməti 17 421 (on yeddi min dörd yüz iyirmi bir) manatdır.
Femida.az
Oxunub: 931
Oxşar xəbərlər
- Banka borcu olan şəxs adını dəyişə bilərmi? – Hüquqi şərh
- Banka kələk gəlmək istəyən qadın tutuldu
- Banka borcu olan daha bir nəfər həbs edildi - Azərbaycanda
- Banka müvəqqəti inzibatçı təyin olundu
- Banka borcu olanlara dəstək - Antikollektor yaradıldı
- Banka borcu olan şəxs özünü yandırdı
- Banka borcumuzu qaytarmaya bilərikmi? Hüquqşunas mövqeyi
- Banka borcu olanlar mütləq oxusun - Ekspert şərhi
- Banka borcu olan müəllim oğurluq etdi - VİDEO