Putin ukraynalı məhbusları əfv etdi - Foto


02:35     15 İyun 2016 635586890584034737-AP-Russia-Putin.jpg

Prezident Vladimir Putin Rusiya həbsxanasında saxlanılan ukraynalı məhbuslar- Afanasyev Qennadiya Serqeyviçlə Soloşenko Yuriya Daniloviçin əfv olunması barədə fərman imzalayıb.


“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Fərmanda qeyd olunur ki, 2014-cü ilin dekabrında Moskva məhkəməsi tərəfindən həbs olunan Afanasyev Qennadiya Serqeyviç və 2015-cil in oktyabrında həbs olunan Soloşenko Yuriya Daniloviç azadlığa buraxılsın.

Kremldən bildirilib ki, Ukrayna vətəndaşlarının əfv olunması insan humanistliyinə əsaslanır.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin təyyarəsi “Borispol” hava limanında enib. Bu barədə Ukrayna prezidenti Petro Poroşenko söyləyib. O, bu gün Afanasyev və Soloşenko ilə görüş keçirməyi planlaşdırır.





Femida.az

Açar sözlər:

Oxunub: 1014