İrandan neftin qiyməti ilə bağlı - Pis xəbər
18:28 15 İyun 2016
İran gündəlik neft hasilatını 3,8 milyon barrelə yüksəldib.
Femida.az xəbər verir ki, bu barədə parlamentdə çıxışı zamanı İranın Neft naziri Bicən Zəngənə deyib.
O, hasilatın artmasında İrana qarşı sanksiyaların ləğvinin önəmli rol oynadığını bildirib:
"2013-cü ilin ortalarında neft hasilatımız 2,7 milyon barrel, ixracatımız isə 1 milyon barreldən az idi. Sanksiyalardan sonra hasilatımızı gündəlik 3,8 milyon barrelə yüksəltmişik. Hazırda müəyyən edilmiş neft ehtiyatlarımız 158 milyard barreldir və bu göstəriciyə görə, Venesuela və Səudiyyə Ərəbistanından sonra 3-cü yerdəyik. Təbii qaz ehtiyatlarımız isə 34 trilyon kubmetrdir".
Qeyd edək ki, bu ilin yanvarında İrana tətbiq edilən sanksiyalar ləğv olunub.
İranın və digər neft istehsal edən ölkələrin hasilatı artırması birjalarda "qara qızıl"ın qiymətinə mənfi təsir edir.
Oxunub: 1016
Oxşar xəbərlər
- İrandan Azərbaycana zəhərli maddə keçirəndə tutuldu
- İrandan Azərbaycana narkotik keçirilib - `Binə`də əməliyyat
- İrandan narkotik keçirmək istədi - Gömrükçülərimiz yaxaladı
- İrandan gələn avtomobilindən narkotik çıxdı
- İrandan Azərbaycana qumbara keçirmək istədilər
- İrandan Azərbaycana təklif - Milli valyutadan istifadə edək
- İrandan Bərzaniyə zərbə
- İrandan Şimali Koreyaya dəstək
- İrandan Azərbaycana gələn turistlərin sayı 87% artıb
- İrandan ABŞ-ın sanksiyalarına CAVAB