İstanbulda atışma: ölən və yaralananlar var


22:59     15 İyun 2016 fd06265f-d9f4-46ea-b6b6-c331fc5e4c6f_292.jpg

İstanbulda polisin narkotik satışı ilə məşğul olan şəxslərə qarşı keçirdiyi əməliyyat başa çatıb. Femida.az -ın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, polisə atəş açan bir silahlı öldürülüb.Atışma zamanı yaralanan polis əməkdaşının bir qədər sonra öldüyü bildirilir.

Qeyd edək ki, ilkin məlumatda atışma baş verən ərazinin - Arnavutköyün polis bölməsinin rəisi və digər bir polis əməkdaşının yaralandığı açıqlanıb.

Açar sözlər:

Oxunub: 1019