Biləsuvarda arpa sahəsi yanıb Böyüt


23:55     15 İyun 2016 83f3c4d3129d14d75ab3ed83f2e84b85.jpg

Biləsuvar rayonunun Günəşli kəndində yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha sahədə biçilmiş arpa sahəsi yanıb.

Yaxınlıqdakı biçilməmiş taxıl və otlaq sahələri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1056