Prezident baş katiblə görüşdü


17:38     16 İyun 2016 fcd264123178dce8b955b0898bd6587a.jpg

Azərbaycan prezidenti İlham Əliyev Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizi qəbul edib.


Femida.az-ın məlumatına görə, görüşdə Azərbaycanın Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı ilə əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərinin müzakirə edildiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında da fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 806