Lavrov prezidentlərin görüşündən danışdı :“Barışıq niyyətləri...”


01:54     21 İyun 2016 lavrov%20etiraff4.jpg

“Son günlər Dağlıq Qarabağın təmas xəttində sakitlik hökm sürür, atəşkəsə əməl olunur”.



Femida.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov bu gün Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin keçirdiyi üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, liderlər birgə bəyanatlarında barışıq niyyətləri olduğunu sərgiləyiblər.

Lavrov həmçinin qeyd edib ki, insidentin qarşısının alınmasında və araşdırılmasında ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olur.

Açar sözlər:

Oxunub: 6220