Ana və oğlu çəkiclə öldürüldü - Ermənistanda


17:35     22 İyun 2016 cekic%20oldurulub.jpg

Ermənistanın Gümrü şəhərində mənzildə meyitləri aşkarlanan ana və oğulun ölüm səbəbləri müəyyən edilib.


Femida.az-ın “news.am” saytına istinadən verdiyi xəbərə görə, məhkəmə-tibbi ekspertizanın nəticələrinə əsasən, ölümə qapalı kəllə-beyin travması səbəb olub.

Məlum olub ki, iyunun 17-də axşam saatlarında əvvəllər məhkum olunmuş 41 yaşlı

Gümrü sakini Qor Xaçatryan ana və oğula çəkic və şüşə ilə zərbələr vuraraq onları qətlə yetirib. Şübhəli şəxs artıq saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1181