Sankt-Peterburq danışıqlarında müsbət irəliləyiş olub - Sekuta


00:51     23 İyun 2016 robert_sekuta_01.jpg

Sankt-Peterburqda prezidentlərin görüşü zamanı danışıqlarda əldə olunmuş müsbət tempi, təkanı alqışlayırıq.


Femida.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, bu müsbət irəliləyiş ABŞ-ın Vyanada vasitəçiliyi və Minsk qrupu həmsədrlərinin köməyi ilə keçirilən görüşün davamı xarakteri daşıyır: “Bütün həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar ki, burada əsas məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir".

Açar sözlər:

Oxunub: 1974