Sankt-Peterburq metrosunda terror: 10 ölü, 50 yaralı (YENİLƏNİB)


20:35     03 Aprel 2017 59920d02-a984-4026-b8cc-b2e0419bf9e1.jpg

Rusiyanın Sankt – peterbuqr şəhərində metroda törədilən partlayışlar nəticəsində 10 nəfər ölüb, 50 nəfər isə yaralnıb. Partlayış terror aktı olduğu istisna olunmur.


Partlayışlar "Sennaya meydanı" və "Texnologiya İnstitutu" stansiyalarında baş verib.

Hazırda insanlar stansiyalardan təxliyə edilir, stansiyalarda tüstülənmə müşahidə olunur.

Hadisə ilə bağlı metronun yeddi stansiyası bağlanılıb. Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı məlumatlandırılıb.

***

16:05

Sankt-Peterburqda metro vaqonunda partlayış baş verib.

Femida.az "Life.ru" portalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış "Sadovaya" stansiyasında meydana gəlib.

Şahidlərin sözlərinə görə, xəsarət alanlar var.

Güc strukturlarının əməkdaşları hadisə yerinə gediblər.



Femida.az

Açar sözlər:

Oxunub: 4639