Prezident Azər Qasımovu təltif etdi


17:25     23 İyun 2016 azer%20qasimov.JPG

Azərbaycan Prezidenti İlham Əliyev Azər Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər Məhəmməd oğlu Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Azər Qasımov prezidentin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.

Açar sözlər:

Oxunub: 1572