Qarabağ Fransada müzakirə olunacaq


21:42     23 İyun 2016 34475b82d99823f4b3169ef7d25e8e9b.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 29-da Fransaya səfər edəcək. Səfər zamanı Lavrovun fransız həmkarı Jan - Jak Eyro ilə Qarabağı müzakirə edəcəyi gözlənilir.



Femida.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Zaxarova, nazirin fransalı həmkarı ilə görüş keçirəcəyini vurğulayıb: “Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ukrayna böhranı və Suriyadakı vəziyyət müzakirə olunacaq”.

Açar sözlər:

Oxunub: 941