Britaniya Avropa İttifaqından çıxacaqmı?


01:57     24 İyun 2016 British_Parliament_(14749841802).jpg

Böyük Britaniyada ölkənin Avropa İttifaqında (Aİ) qalıb-qalmaması ilə bağlı referendum davam edir.


Seçki məntəqələri yerli vaxtla saat 07:00-dan başlayaraq axşam saat 22:00-a qədər davam edəcək. Səsvermədə təqribən 46 milyon 499 min 537 nəfər səsvermə hüququna malikdir və bu, Böyük Britaniya üçün rekord səsvermə rəqəmi hesab olunur.

BBC xatırladır ki, referendumun səsvermə bülletenində soruşulur: "Birləşmiş Krallıq Avropa İttifaqında qalmalıdır, yoxsa Avropa İttifaqından çıxmalıdır?".

Bu, Birləşmiş Krallığın tarixində keçirilən sayca 3-cü referendumdur. Son 4 ay ərzində "Qalsın" və "Çıxsın" kampaniyaları qızğın müzakirələrə səbəb olub.

Femida.az

Açar sözlər:

Oxunub: 1013