İstanbulda zəlzələ olub


15:46     25 İyun 2016 1417767927_30_istanbul.jpg

Bu gün səhər saatlarında İstanbulda, Mərmərə dənizinin sahillərində zəlzələ baş verib.


Femida.az xəbər verir ki, Qəndilli Rəsədxanası Zəlzələ Araşdırma İnstitutu Mərmərə dənizinin Yalova sahillərində baş verən zəlzələnin Rixter cədvəli üzrə 4,4 baş gücündə olduğunu açıqlayıb.

Saat 08:40-da baş verən zəlzələnin dərinliyi 6,8 kilometr olub.

Femida.az

Açar sözlər:

Oxunub: 848