Ərdoğanın Putinə məktubu: Kremlin saytı düzəliş etdi
02:05 29 İyun 2016
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubunun Kremlin rəsmi saytında yayımlanan mətninə düzəliş edilib.
Femida.az xəbər verir ki, “mətnin ingilis dili tərcüməsinin təkmilləşdirilməsi” kimi izah edilən dəyişiklik bundan ibarətdir:
Kremlin yaydığı ilk məktubda Türkiyə prezidenti rus pilotun ailəsinə üz tutaraq “onlardan üzr istəyirəm”( I apologise to them) deyə başsağlığı verir. Hazırda saytda yerləşdirilən məktubda isə prezident pilotun ailə üzvlərinə üz tutaraq “Bizi bağışlayın” (Excuse us) deyə müraciət edir. İngilis dilinin Kembric lüğətində “apologise” – “üzr istəyirəm” feli şüurlu şəkildə atılan hər hansı addımdan (düşünülmüş səhvdən) sonra üzrxahlıq edərkən istifadə olunur. “Excuse” feli isə bilmədən edilən hər hansı səhvdən sonra işlənir.
Məsələ ilə bağlı mətbuata açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov faktı təsdiqləyib və əvvəlki mətnin dəyişdirilməsini tərcümənin “dəqiqləşdirilməsi” kimi qiymətləndirib. (axar.az)
Femida.az
Oxunub: 4072
Oxşar xəbərlər
- Ərdoğanın müşaviri istefa verdi
- Ərdoğanın Azərbaycana səfəri başa çatıb
- Ərdoğanın baş müşaviri istefa verdi
- Ərdoğanın çağırışı Avstriyanı narahat etdi
- Ərdoğanın mühafizəçiləri Almaniyaya buraxılmayacaq
- Ərdoğanın mitinqinə gedən avtobus qəzaya uğradı: 3 ölü, 16 yaralı
- Ərdoğanın ad günüdür - İlham Əliyev zəng etdi
- Ərdoğanın oğlu “Palmali“yə kirayə verdiyi tankerləri satıb
- Ərdoğanın kortejində qəza - yaralananlar var
- Ərdoğanın şəxsi pilotu FETÖ-çü çıxdı