İstanbul terrorunda ölənlərin sayı 43-ə çatdı (Yenilənib)


17:50     29 İyun 2016 istan.jpg

İstanbulun Atatürk hava limanında törədilən terror aktları zamanı ölənlərin sayı artıb.


Femida.az xəbər verir ki, şəhər məhkəmə-tibbi ekspertizasından “Haber 7” kanalına verilən xəbərə görə, ölənlərin sayı 43 nəfərə çatıb.

Qeyd olunub ki, ölənlərdən yalnız 39 nəfərinin kimliyi müəyyən edilib.

Xatırldaq ki, bundan öncə ölənlərin sayının 36 nəfər olduğu deyilirdi.

***

İstanbul Atatürk Hava Limanında partlayış baş verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Aeroporta giriş-çıxış məhdudlaşdırılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir. Partlayışdan sonra hadisə yerində "Kalaşnikov" markalı avtomat aşkar olunub.

Türkiyənin Baş naziri Binəli Yıldırım məlum terror aktı ilə əlaqədar İstanbuldakı Atatürk Hava Limanına gəlib. Qanlı hadisə ilə bağlı açıqlama verən Baş nazir bildirib ki, terror aktında 36 nəfər həlak olub, çox sayda insan yaralanıb. Onların arasında xarici vətəndaşlar da var.

Baş nazir vurğulayıb ki, ən qısa zamanda terror aktı ilə bağlı ətraflı məlumat veriləcək. O, diqqətə çatdırıb ki, əlamətlərinə görə, bu terror İŞID tərəfindən törədilib.










Açar sözlər:

Oxunub: 1901