Prezident seçkiləri ləğv edildi - Avstriyada


19:28     01 İyul 2016 big_1419494660_secki.jpg

Avstriya Konstitusiya Məhkəməsi səsvermədə hiylə edildiyi iddiası ilə prezident seçkilərini ləğv edərək yenidən keçirilməsinə qərar verib.


Femida.az xəbər verir ki, məhkəmə mühafizəkar Müstəqillik partiyasının etirazlarına görə, seçkiləri ləğv edib. Səbəb isə seçkilərdə saxtakarlığa yol verilməsi olub.

Qeyd edək ki, Avstriya prezident seçkilərinin ilk mərhəlləsi aprel ayının 24-ü, ikinci mərhəlləsi isə mayın 22 keçirilib.

Açar sözlər:

Oxunub: 1082