İstanbulda yenidən güclü zəlzələ olacaq?


22:29     02 İyul 2016 istanbul%20zelzlees.jpg

“Biz İstanbulda 7 - 7.5 bal gücündə zəlzələ baş verəcəyini ehtimal edirik”.


Bunu Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru, professor, doktor Haluk Özener bildirib. Onun sözlərinə görə, uzun illərdir Türkiyədə çox güclü zəlzələrə səbəb olan aktiv tektonik fay xəttini son qismi Mərmərə dənizindədir: "Əgər bu parça qırılarsa zəlzələ olacaq. Ancaq təbii fəlakətin tarixini heç kimsə verə bilməz. Dünyada mövcud olan texnologiyalar belə zəlzələnin qabaqcadan baş verəcəyini müəyyənləşdirə bilmir. Zəlzələ bu gün də, sabah da, bir il sonra da ola bilər. Biz gün ərzində bununla bağlı fəaliyyətimizi davam etdiririk. Dünyanın bütün ölkələri rəsədxanamızın gündəlik araşdırmalarından yararlanır. Ona görə də fərziyyələrə inanmaq lazım deyil. Bizim verdiyimiz məlumat həqiqətə uyğundur". Qeyd edək ki, bu günlərdə Türkiyə KİV-lərində İstanbulda 7-8 bal gücündə zəlzələ olacağı barədə məlumat yayılıb. report

Femida.az

Açar sözlər:

Oxunub: 1134