Putin Finlandiyanı hədələdi


03:38     03 İyul 2016 1418895708_putin_zumapress.jpg

Finlandiya NATO-ya üzv olarsa, Rusiya qoşunları çətin ki, sərhəddən 1,5 min kilometr aralıda qalsın.


Femida.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Finlandiyada bu ölkənin dövlət başçısı ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Finlandiya NATO-ya üzv olarsa, bu ölkənin qoşunları daha müstəqil olmaycaq: “Necə fikirləşirsiniz, biz qoşunlarımızı sərhəddən 1,5 min kilometr aralıda saxlayacağıq? NATO Rusiya ilə son finlandiyalı əsgərinədək məmnuniyyətlə vuruşardı. Sizə bu lazımdır? Bizə yox. Sizə nəyin lazım olduğuna özünüz qərar verin”.

Bununla belə,V. Putin Moskvanın Finlandiya xalqının NATO-ya üzv olma məsələsi üzrə istənilən seçiminə hörmətlə yanaşdığını vurğulayıb.

Açar sözlər:

Oxunub: 1041