Prezident Lixtenşteyn parlamentinin sədrini qəbul etdi


04:14     28 İyun 2015 873579.jpg

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 27-də Lixtenşteyn Parlamentinin sədri Albert Friki qəbul edib.


Femida.az-ın məlumatına görə, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə dövlət başçısını təbrik edən Lixtenşteyn Parlamentinin sədri Albert Frik bütün iştirakçılara, o cümlədən Lixtenşteyn idmançılarına yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.

İlham Əliyev Azərbaycanın Lixtenşteynlə ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu deyib.

Açar sözlər:

Oxunub: 635