At heykəlində 13 milyon dollarlıq narkotik


00:54     04 İyul 2016 7c4230a154f2b9fb5f74237604f59003.jpg

Yeni Zelandiya polisi Oklend şəhərində ölkə üçün rekord həcm 13,2 milyon dollar dəyərində kokain partiyası aşkarlanıb.


Femida.az-ın Avstraliyanın “Sky News” telekanalına istinadən verdiyi məlumata görə, 35 qutu kokain at başı formasında brilliantlarla bəzədilmiş heykəldə aşkarlanıb.

Ümumilikdə 400 kq ağırlığı olan heykəl Yeni Zelandiyaya Meksikadan gətirilib. Yeni Zelandiya hakimiyyəti kokain partiyası ilə bağlı iki Meksika və bir ABŞ vətəndaşını saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1242