İraqda üç günlük matəm elan olunub


04:24     04 İyul 2016 5d830dc1771d5572e7bc5fea5eb13813.jpg

İraqın baş naziri Heydər əl-Abadi Bağdadda törədilən irimiqyaslı terror aktı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.


Femida.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, əl-Abadi bildirib ki, terror aktını törədənlər mütləq layiqli cəzalarını alacaqlar.

Bağdadın Əl-Karrad rayonunda terror aktı nəticəsində ölənlərin sayı 167 nəfərə ölüb, 170 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1130