Feysbuk istifadəçilərinə şad xəbər


23:21     05 İyul 2016 feysbuj.jpg

Yaxın günlərdə "Facebook Messenger"də yenilik olacaq.


Femida.az-ın xarici mətbuata istinadən məlumatına görə, yeniləmədən sonra burada "öz özünü məhv edən" mesaj imkanı olacaq. Belə ki, istifadəçilər göndərdikləri ismarıcların sonradan silinməsini təmin edəcək.

İstifadəçilər göndərdikləri ismarıcların dəqiqə, gün, ay və ya il əsasında nə vaxt avtomatik olaraq silinməsini istədiyini seçə biləcək. Təbii ki, silinməsini istəməyən istifadəçilər də bu imkandan istifadə etməmək hüququna malikdir.

Qeyd edək ki, son vaxtlar "Facebook" istifadəçi gizliliyinə əhəmiyyət verilir. Son olaraq "WhatsApp", şifrələmə xüsusiyyətini aktiv etmişdi.

Açar sözlər:

Oxunub: 1202