Feysbuk sizi üzdən tanıyacaq


16:44     19 Noyabr 2016 Facebook_3474124b-large_trans++pJliwavx4coWFCaEkEsb3kvxIt-lGGWCWqwLa_RXJU88.jpg

"Facebook" şirkəti sifətləri tanıyan "FacioMetrics" adlanan startapı əldə edib.


`FacioMetrics` ötən il ABŞ-ın Karnegi-Mellon universitetinin tələbələri tərəfindən yaradılıb. Proqram smartfonlara ön kamera vasitəsilə sifətləri təhlil etməyə və 7 müxtəlif emosiyaları tanımağa imkan verir.

"Facebook"un yaydığı məlumata görə, bu startap foto və videolarla daha çox əyləncə effektləri gətirməyə kömək edəcək. Bura real rejimdə animasiya olunmuş filtrlər və sifətlərin dəyişdirilməsi üzrə alətlər daxildir.

Femida.az

Açar sözlər:

Oxunub: 1323