Ana iki uşağı ilə birgə itkin düşdü- Qusarda
18:05 10 İyul 2016
Qusar rayonunda ana və iki azyaşlı övladı itkin düşüb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonu Həzrə kənd sakini Alağayev Sərdar Hürmətulla oğlu 22.06.2016-cı ildə ərizə ilə müraciət edərək onunla birlikdə yaşayan həyat yoldaşı 1986-cı il təvəllüdlü Alağayeva Aygün Barəddin qızı, 8 yaşlı yaşlı oğlu Əmrah və 7 yaşlı oğlu Kamranın itkin düşdüyü barədə polisə məlumat verib.
Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq tikin düşən şəxslərin yerini müəyyənləşdirmək mümkün olmayıb. Alağayeva Aygün Varəddin qızının əlamətləri: boyu 160 sm, arıq bədən quruluşlu, uzunsifət, saçlarının rəngi qara, gözləri şabalıdı, düz burun, dişləri təbiidir. Xüsusi əlaməti yoxdur. Evdən çıxarkən əynində yaşıl rəngdə şalvar, ağ rəngli qısaqol köynək, ayağında qara rəngli ayaqqabı, əlində qırmı rəngli əl çantası olub.
Alağayev Əmrah Sərdar oğlunun əlamətləri: boyu 120 sm, sarı qısa saçları, yumru sifət, gözləri yaşıl, düz burun, dişləri təbiidir. Xüsusi əlaməti yoxdur. Evdən çıxarkən əynində boz rəngində şortik, göy rəngli qısaqol köynək, ayağında qara rəngli ayaqqabı olub.
Alağayev Kamran Sərdar oğlunun əlamətləri: oyu 115 sm,qara qısa saçları, uzunsifət, özləri yaşıl, düz burun, dişləri təbiidir. Xüsusi əlaməti yoxdur. Evdən çıxarkən əynində boz rəngində şortik, göy rəngli qısaqol köynək, ayağında qara rəngli ayaqqabı olub.
Bu şəxslər barəsində məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28- 35, 385-43- 19, (070) 367 -89-66 və “102” nömrəli telefonlara zəng vurmaq xahiş olunur.
Oxunub: 1310
Oxşar xəbərlər
- Analıq məzuniyyəti məcburidirmi? – Hüquqşünas cavablandırır
- ANAMA illik hesabat verdi
- Ana döyüldü, oğlu isə bıçaqlandı - Biləsuvarda rəzalət
- Ana uşaqla xaricə getmək istəyirsə, atanın razılığı mütləqdirmi? - CAVAB
- Ana iki azyaşlı uşağı ilə zəhərləndi
- Anasız uşaq böyüdən atalar üçün GÜZƏŞT
- Ana ölümünə görə həkim məsuliyyət daşıyacaq
- Ana iki övladı ilə birgə faciəvi şəkildə öldü (VİDEO)
- Ana qızı ilə birlikdə oğurluq etdi
- Anar Bağırov: Vəkillər Kollegiyasında səhlənkarlığa yol verilib