48 İŞİD-çi arasındakı azərbaycanlı qız kimdir? - FOTO


20:39     11 İyul 2016 ulker.jpg

Türkiyə hüquq-mühafizə orqanları xeyli vaxtdır 48 İŞİD-çini rəsmi şəkildə axtarışa verdi.


Axtarışa verilən 48 İŞİD üzvü arasında 1987-ci il təvəllüdlü Məmmədova Ülkər adlı azərbaycanlı qız da var.

Türkiyənin Daxili İşlər Nazirliyi axtarışa verilmiş İŞİD üzvlərinin siyahısını da tərtib edib. Belə ki, yeni siyahıda axtarışda olan ən çox Türkiyənin Adıyaman , Qaziantep, Adana kimi bölgələrindən olan terrorçulardır.

Axtarışa verilmiş İŞİD-çilərin arasında əcnəbi vətəndaşlarla yanaşı, Qazaxıstan və Almaniyadan olan qadın terrorçular da var.

Axtarışa verilmiş İŞİD-çi terrorçuları zərərsizləşdirənə 51 milyon lirə, yəni 25 milyon dollardan çox mükafat təyin edilib
Axtarışda olan İŞİD üzvləri arasında İŞİD-in Türkiyə üzrə əmiri Mustafa Mol, keçmiş əmir İlhami Balı, Dəniz Böyükçələbi, Mustafa Dokumacı və 8 qadın da var.



Femida.az

Açar sözlər:

Oxunub: 2453