48 yaşlı kişi alkoqoldan ölüb - Bakıda


23:24     10 Oktyabr 2016 zeherlenme.jpg

Bakı şəhərində daha bir nəfər alkoqoldan zəhərlənib.


Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 1968-ci il təvəllüdlü Quriyev Pavel İvanoviç spirtli içkidən zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi paytaxtın Xəzər rayonunda da bir nəfərin alkoqoldan zəhərlənərək ölməsi barədə məlumat yayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1099