Ərdoğanın qaldığı oteldə atışma: 2 polis həlak oldu


14:55     16 İyul 2016 1_t.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın turizm bölgəsi Marmarisdə qaldığı otelin yaxınlığında polislə qiyamçı hərbçilər arasında gecə saatlarında başlayan atışma sona çatıb.


Femida.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan “Grand Yazıcı Club Turban” adlanan oteli tərk etdikdən 1,5 saat sonra əraziyə hərbi helikopterdən bomba atılıb. Sonra qiyamçı hərbçilərlə hökuməti dəstəkləyən polislər arasında atışma başlayıb. Atışmada 2 polis həlak olub. Səhərə yaxın hərbçilər helikopterə minərək uzaqlaşıb.

Polis hadisə yerində araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 1771