Ərdoğan ABŞ-dan cavab gözləyir


23:59     17 İyul 2016 fetullah%20g.jpg

"Türkiyə ABŞ-dan Ankarada hərbi çevrilişə cəhddə ittiham edilən Fətullah Gülənin verilməsi haqqında sorğuya cavab gözləyir".


Femida.az "NTV" telekanalına istinadən xəbər verir ki, bunu hərbi çevriliş cəhdinin qurbanlarının dəfn mərasimlərində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan bildirib ki, Gülənin tərəfdarları xərçəng virusu kimi dövlətin bütün orqanlarına giriblər.

"Biz bu haqda bilirdik, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi Gülənin verilməsi haqqında tələbləri ABŞ-a göndərdi. Onların reaksiyasına baxaq", - deyə Türkiyə prezidenti əlavə edib.

Qeyd edək ki, Türkiyə rəhbəriyi hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını bildirib.

Açar sözlər:

Oxunub: 1223